QafqazNews Regnum-a istinadən xəbər verir ki, oktyabr ayında Ankarada polis reydləri zamanı saxlanmış 34 rusiyalı qadından 17-si 19 noyabr vəziyyəti üzrə Türkiyəni tərk edib.
Rusiya səfirliyinin Ankaradakı məlumatında bildirilir ki, 19 noyabr tarixinə ölkəni 17 rus vətəndaşı tərk edib, digər hissəsi isə hələ də "Aküyürt" deportasiya mərkəzində qalır.
Diplomatik nümayəndəlik vəziyyəti izlədiklərini və saxlanmış 34 rusiyalı qadına lazımi konsulluq yardımı göstərməyə davam etdiklərini qeyd edib.
23 oktyabrda Ankarada "Maksim", "Havana" və "Folibercjer" gecə klublarında keçirilən polis reydləri zamanı 30-dan çox rusiyalı qadın saxlanmışdı. Onlar şəhər deportasiya mərkəzinə yerləşdirilmiş, mobil telefonlarına əl qoyulmuş, lakin stasionar telefon vasitəsilə yaxınları ilə əlaqə saxlamağa imkan verilmişdi.
Diplomatlar saxlanmış şəxslərə konsulluq daxilolmasına nail olmaq üçün tədbirlər görüblər və onlarla vəkil də işləyib. Ankara məhkəməsi saxlanmışları əxlaq və ictimai nizam qaydalarını pozmaqda ittiham edərək yaxın vaxtlarda onların ölkədən deportasiyasına qərar verib.