QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Argentina yığmasının və “Sevilya”nın keçmiş yarımmüdafiəçisi Ever Banega 38 yaşında futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Argentinalı futbolçu ESPN-ə verdiyi açıqlamada qərarının qəti olduğunu deyib. O bildirib ki, Messi onu “İnter Mayami”yə dəvət etsəydi belə, təklifi qəbul etməyəcəkdi: “Karyeramı başa vurduğum 100 faiz dəqiqdir. Hətta Messi məni “İnter Mayami”yə dəvət etsəydi belə, ona “yox” deyərdim. Artıq yaşım çoxdur. Bir çox klubda çıxış edən perspektivli futbolçuların yerini tutmaq istəmirəm”.
Banega karyerası ərzində “Sevilya”, “Valensiya”, “Əl-Şəbab”, “Nyuelz Old Boyz”, “Boka Xuniors”, “İnter” və “Atletiko”nun formasını geyinib.
O, “Sevilya” ilə üç dəfə Avropa Liqasının qalibi olub, 2007-ci ildə isə “Boka Xuniors”la Libertadores Kubokunu qazanıb. Argentina millisində 65 oyuna çıxan Banega 6 qol vurub və 8 məhsuldar ötürmə edib.