QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Antalyada keçirilən COP31 tədbirləri zamanı Azərbaycan pavilyonunda “Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim addımlarına doğru” mövzusunda tədbir təşkil olunub.
İştirakçılar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Alyona Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, Baş nazirin müavini Teymur Musayev və Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev yer alıblar.
Tədbirin əsas məruzəsini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib.