QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Maykl Kerriklə əməkdaşlığı dayandırıb.

Klubun mətbuat xidmətinin açıqlamasına görə, 45 yaşlı mütəxəssislə müqaviləyə tərəflərin razılığı ilə xitam verilib.

Kerrik bu ilin yanvarında komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında “Mançester Yunayted” Premyer Liqada 10 oyuna çıxıb və 8 xal toplayaraq turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.