QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi üzrə aparılan araşdırma başa çatıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının plandankənar yoxlaması nəticəsində obyektdə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Qida məhsullarının hazırlanması və saxlanması zamanı bir sıra qayda pozuntuları, o cümlədən çarpaz çirklənmə riski də qeydə alınıb.

Laboratoriya nəticələrinə görə, Listeria monocytogenes bakteriyası çiy mal əti, marinadlı toyuq lüləsi və toyuq kababı nümunələrində, Escherichia coli isə paytaxt salatında aşkarlanıb.

Müəyyən edilən uyğunsuzluqlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.