QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azerlotereya.com və Misli.az platformalarında təşkil olunan “Sürətlə Yeni Mövsümə” stimullaşdırıcı lotereyasının son tirajının qalibləri bəlli olub. İkinci avtomobil Emil Sultanova qismət olub və o, “Changan Q07” qazanıb.

Emil Sultanov lotereyada “PlayStation 5” udmağı arzulasa da, əsas hədiyyə olaraq avtomobil əldə edib. O, həmçinin 250 manatlıq bonus qazanıb və sevincini əvvəlcə ailə üzvləri ilə bölüşüb.

Kampaniyada idman mərc oyunlarına hər 5 AZN-lik iştirak üçün bir şans verilib. Virtual idman, ePoz-Qazan və lotereya oyunlarında isə hər iştirakçıya iki şans təqdim olunub.

Təşkilatçıların açıqladığı ümumi uduşlar arasında 24 “iPhone 17 Pro”, 40 “PlayStation 5”, 250 manat dəyərində 200 bonus və iki “Changan Q07” avtomobili yer alıb.

Qaliblər hər həftənin çərşənbə günü saat 21:00-da təsadüfi seçim alqoritmi ilə müəyyənləşdirilib. Seçimlər Misli.az-ın YouTube kanalında və “Azərlotereya”nın Telegram kanalında canlı yayımlanıb.