QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Nəsimi rayonunda bankdan kredit götürmək istəyən qadın dələduzluqla qarşılaşıb.
Qadın 11 min manat kredit almaq üçün naməlum şəxslə əlaqə saxlayıb. Kreditin rəsmiləşdirilməsinə yardım edəcəyini deyən həmin şəxs ondan 2 min manat istəyib. Qadın məbləği onun bank kartına göndərsə də, krediti əldə edə bilməyib.
Polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən C.Əzimov saxlanılıb. Onun əvvəllər dəfələrlə məhkum olunduğu bildirilir.
Araşdırma zamanı müəyyən edilib ki, pul köçürmələrində izini gizlətmək üçün C.Əzimov dostuna aid bank kartından istifadə edib. Fakt üzrə araşdırma davam edir.