QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Beyləqan şəhərinin dörd küçəsində abadlıq və yenidənqurma işlərinin aparılması planlaşdırılır. İşləri Beyləqan Rayon İcra Hakimiyyəti həyata keçirəcək.
Layihə çərçivəsində köhnə səki örtükləri söküləcək və yenilənəcək. Həmçinin piyadaların rahat hərəkəti üçün şəraitin yaxşılaşdırılması nəzərdə tutulur.
İşlər M.Ə.Rəsulzadə, Şəhid Munis Abbaslı, Zərifə Əliyeva və Şəhid Cabir Hüseynov küçələrini əhatə edəcək. Yenilənmələrin yol və piyada infrastrukturunu yaxşılaşdıracağı, sakinlərin gündəlik hərəkətini daha təhlükəsiz və rahat edəcəyi, eləcə də şəhərin ümumi görünüşünə müsbət təsir göstərəcəyi bildirilir.