QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 13-ü üçün küləkli hava ilə bağlı sarı xəbərdarlıq elan olunub.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Salyan, Neftçala, Hacıqabul, Qobustan və Xızıda cənub-qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 13,9–20,7 metrə çatacağı bildirilir.