QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Çinin Azərbaycandakı səfiri Lu Mey cari ildə iki ölkə arasındakı münasibətlərin dinamik inkişaf etdiyini və böyük potensiala sahib olduğunu bildirib.

Səfirlikdə keçirilən brifinqdə diplomat qeyd edib ki, müvafiq qurumlar dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaların icrası üçün sıx koordinasiyanı davam etdirirlər.

Lu Meyin sözlərinə görə, bu əməkdaşlıq ikitərəfli əlaqələrin daha da inkişafına və yeni nailiyyətlərə zəmin yaradır.