QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, noyabrın 19-da Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq qüvvədə olacaq.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, xəbərdarlıq Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarı da əhatə edir.

Həmin ərazilərdə cənub-şərq küləyinin sürətinin saniyədə 13,9-20,7 metr təşkil edəcəyi bildirilir.