QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Cennifer Lopes Los-Ancelesdə baş tutan təqdimat mərasimində bahalı zinət əşyaları ilə diqqət çəkib.

57 yaşlı müğənni “The JLo Show: Live in Las Vegas” filminin təqdimatına “Dolce & Gabbana” geyimində qatılıb. O, libasını xəz detallı atlaz plaşla tamamlayıb.

Lopesin obrazında ən çox müzakirə edilən detal boyunbağı olub. Ağ qızıldan hazırlanan və “Sicilia” kolleksiyasına aid olan bu zinət əşyası şəffaf, eləcə də sarı brilyantlarla bəzədilib. Boyunbağının mərkəzində 100 karatdan artıq çəkisi olan nadir təbii sarı brilyant yerləşir.

Müğənni həmin kolleksiyadan sırğa və üzüklər də taxıb. Dəstdəki zinət əşyalarının ümumi dəyərinin 10 milyon dolları ötəcəyi ehtimal edilir.