Elnur Şükürov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə jurnalist Elnur Şükürov 3 ay müddətinə həbs edilib; ona Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.
1 dəq oxunuşMənbə: Manşet
QafqazNews Manset.az-a istinadən xəbər verir ki, jurnalist Elnur Şükürov barəsində həbs qətimkan tədbiri seçilib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Şükürov 3 ay müddətinə həbs olunub.
Ona Cinayət Məcəlləsinin 221.2-ci və 188.1-ci maddələri ilə ittiham irəli sürülüb.