QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Finlandiyada sualtı rabitə kabellərinin zədələnməsi ilə bağlı məhkəmə işi yekunlaşıb. Təqsirləndirilənlər sırasında Azərbaycan vətəndaşı da olub.
Helsinki Dairə Məhkəməsi “Fitburq” gəmisinin kapitanı Andrey Maksimenko ilə botsman Vüsal Məcidovu kabellərə zərər vurmaqla ağır təxribat törətməkdə təqsirli sayıb.
Qərara əsasən, Rusiya vətəndaşı olan Maksimenko 3 il 6 ay, Azərbaycan vətəndaşı Məcidov isə 2 il 10 ay müddətinə həbs cəzası alıb. Məhkəmə hər iki şəxsin dərhal həbs edilməsinə də göstəriş verib.
Təqsirləndirilənlər həmçinin zərərçəkmiş tərəflərə kabellərin və qaz boru kəmərinin təmiri, eləcə də yoxlanması üçün çəkilən xərcləri ödəməlidirlər.
Hadisə 2025-ci il dekabrın 31-də Finlandiya ilə Estoniya arasında, Fin körfəzində qeydə alınıb. Sualtı rabitə kabelinin zədələnməsindən sonra Finlandiya Sahil Mühafizəsi şübhəli sayılan “Fitburq” gəmisini saxlayıb.
Gəminin 14 nəfərlik heyət üzvü istintaqa cəlb olunub. Onların Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olduğu bildirilmişdi.