QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Qazaxda bıçaq xəsarətləri alan Xalq şairi Səməd Vurğunun əmisi nəvəsi Xanlar Vəkilovun vəziyyəti ağırdır. 1993-cü il təvəllüdlü şəxs hazırda reanimasiyada müalicə olunur.
TƏBİB-dən bildirilib ki, kişi noyabrın 4-də saat 04:30 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb. Ona bədəninin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yaralar diaqnozu qoyulub və dərhal əməliyyat edilib.
Hadisə noyabrın 4-nə keçən gecə baş verib. Xanlar Vəkilov mübahisə zamanı həmyerlisi olan yeniyetmə tərəfindən bıçaqlanıb. Hadisədə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.