QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənni Aysel Əlizadə son vaxtlar həyatında baş verən dəyişikliklərdən danışıb.

Sənətçi “İncə səhər” proqramında həyata, işinə və insanlara münasibətinin yeniləndiyini söyləyib. O, insanların yaşa dolduqca həyata fərqli baxmağa başladığını, iş və dostlarla bağlı yanaşmasının da dəyişdiyini qeyd edib.

Aysel Əlizadə özünü qapalı biri kimi xarakterizə edib. Ətrafındakıların onu pozitiv gördüyünü deyən müğənni daxilən tez inciydiyini, hisslərini bölüşməyib özündə saxladığını və depressiya yaşadığını bildirib.

Sənətçinin sözlərinə görə, onu tənbəl hesab etdikləri dövrlərdə özünə qapanır. Bir ildən artıqdır enerjisini və sevgisini işinə sərf etməyə çalışdığını deyən Əlizadə butik açdığını, bu işlərin vaxt və güc tələb etdiyini vurğulayıb.

O, sonda dayanmaq qərarı verdiyini və ən yaxşı bacardığı işin səsi, sənəti olduğunu bildirib. Müğənni sənəti ilə düzgün məşğul olacağı halda uğur qazana biləcəyini söyləyib.