QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyəli rok ifaçısı Asena Özçetin yol qəzasında həyatını itirib. Onun 53 yaşı olub.

Müğənninin vəfat etdiyini uzun müddət solisti olduğu “Karakedi” qrupu açıqlayıb. Qəzanın harada və hansı şəraitdə baş verdiyi barədə hələlik ətraflı məlumat yoxdur.

Rok və metal janrlarında özünəməxsus vokalı ilə tanınan Özçetinin “Uçurumlar arasında”, “Yeter ki susma”, “Bana kalan”, “Kadınlar bayramı”, “Kanatlar”, “Kimse bilmez”, “Yoktur eşin” və “Son sözüm” mahnıları dinləyicilərin rəğbətini qazanıb.