QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, deputat Azər Badamov kuryerlərin taksi fəaliyyəti ilə məşğul olanlar kimi 1 faizlik vergi rejiminə cəlb edilməsini təklif edib. O, bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Vergi Məcəlləsinə və bir sıra qanunlara dəyişiklik layihələrinin müzakirə olunduğu bugünkü iclasında səsləndirib.
Badamovun sözlərinə görə, hazırda kuryer fəaliyyəti ilə məşğul olanlar üçün 15 manat məbləğində sadələşdirilmiş vergi müəyyənləşdirilir. Deputat kuryerlərin gəlirlərinin eyni olmadığını və onların danışıq ödənişləri ilə məşğul olmadığını qeyd edib.
O bildirib ki, kuryerlər işlərini platformalar üzərindən gördükləri üçün fəaliyyət rejiminin tənzimlənməsi və gəlirlərinin ödənilməsi də həmin platformalar vasitəsilə daha rahat həyata keçirilə bilər.