QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda iki açılış mərasimində iştirak ediblər.
Onlar rayonda fəaliyyət göstərəcək “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışına qatılıblar. Həmin gün Soltanlı kəndinin birinci mərhələsinin açılışı da olub və Prezidentlə birinci xanım mərasimdə iştirak ediblər.