QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Sumqayıt Dənizkənarı Bulvarında bir nəfərin dənizdə batdığı bildirilir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisədən sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar.
Axtarışlar 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batmış ola biləcəyi istiqamətlərdə aparılır. Nazirlik hadisə ilə bağlı əlavə məlumatın veriləcəyini qeyd edib.