QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda 23 yaşlı qadının qətlə yetirilməsindən əvvəl sosial şəbəkədə etdiyi paylaşım diqqət çəkib. Hadisə dünən saat 15:00 radələrində baş verib.

Öldürülən Gülarə Mehdiyeva şəxsi “Facebook” hesabında türk dilində yayımlanan dua ilə bağlı sitat yerləşdirib. Paylaşımda “Duanın gücünü əsla kiçik görməyin. Dağları yerindən oynadar, qapıları açar və taleyi dəyişdirər” sözləri yazılıb.

Gülarə Mehdiyevanın Binəqədi rayonunda ögey qardaşı tərəfindən qətlə yetirildiyi bildirilir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.