QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Oğuzda polisin profilaktik tədbirləri zamanı avtoxuliqanlıq edən İ.Məmmədov saxlanılıb.

O, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını dəfələrlə kobud şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Sürücü ilə bağlı toplanan materiallar araşdırılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, İ.Məmmədov inzibati qaydada həbs olunub, sürücülük hüququ isə 1 il müddətinə məhdudlaşdırılıb.