QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakının Mərdəkan yolunda yük avtomobillərinə daş atılması ilə bağlı polis araşdırmaya başlayıb. Yol kənarında dayanan iki uşaq hərəkətdə olan maşınların ön şüşələrini daşlayıb və sürücülərə maddi ziyan vurub.

Hazırda hadisədə iştirak edən uşaqların kimliyinin müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülür.

Daş atılması sürücülərin həyatı üçün ciddi təhlükə yaradıb, həmçinin bir neçə yük maşınının ön şüşəsi sınıb.