QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunda iki nəfər evlərindən məişət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Oğurlanan əşyaların ümumi dəyəri 1690 manatdır.

DİN-in Mətbuat Xidmətinin məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən A.Qarabəyli, N.Xəlilov, əvvəllər məhkum olunmuş R.Ağayev və F.Rzayev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, şübhəlilər ev sahiblərinin evdə olmadığı vaxt dəmir barmaqlıqları qıraraq mənzillərə daxil olublar.

Faktlarla bağlı cinayət işi açılıb. Araşdırma davam edir.