QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ermənistan ərazisində saxlanılmış Azərbaycan hərbçisi Nəsimi Musayevin işi ittiham aktı ilə məhkəməyə təqdim olunub.
Ermənistan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatına əsasən, işə Sünik Məhkəməsində baxılacaq.
Nəsimi Musayev oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Bakı vaxtı ilə də həmin saat olub.
Hərbçi Şəki (Zəngəzur) kəndi istiqamətində sərhədi naməlum şəraitdə keçdikdən sonra iki ay müddətinə həbs edilib.