QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan və Almaniya arasında 80 sənəd imzalanaraq qüvvəyə minib, daha 10 sənəd üzrə isə iş davam edir. Xarici işlər naziri Ceyhun Bayramov bu barədə almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
Nazirin sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında iki ölkənin ticarət dövriyyəsi 1 milyard ABŞ dolları təşkil edib. O, Azərbaycanda 210 alman şirkətinin fəaliyyət göstərdiyini, Almaniyanın ölkəyə yatırdığı investisiyanın isə 950 milyon ABŞ dollarına yaxın olduğunu bildirib.