QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyində iki rəhbər əməkdaş tutduğu vəzifədən azad olunub.

Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bununla bağlı əmrlər imzalayıb. Sənədlərdən birinə əsasən, Şəms Qasımzadə Maliyyə departamentinin müdiri vəzifəsindən çıxarılıb.

Digər əmrlə Elvin Məliklinin İnzibati departamentinin Satınalma şöbəsinin müdiri vəzifəsinə xitam verilib.

Şəms Qasımzadə bu vəzifəyə ötən il, Elvin Məlikli isə cari ilin mayında təyin edilmişdi. Hələlik boş qalan vəzifələrə yeni təyinat yoxdur.