QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası FIFA reytinqində üç pillə irəliləyib və 124-cü sıraya yüksəlib.

Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi yığmanın aktivində 1 145.18 xal var. Komanda UEFA Millətlər Liqasında Lixtenşteynə 1:0, beynəlxalq yoldaşlıq matçında isə Andorraya 3:1 hesabı ilə qalib gəlib. Bu qələbələr millinin reytinqdə irəliləməsinə şərait yaradıb.

Reytinq cədvəlinin zirvəsində 2 004.48 xalla İspaniya yer alır. Argentina 1 966.13 xalla ikinci, Fransa isə 1 950.82 xalla üçüncü mövqedədir.