QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Masallının güləş ictimaiyyətinin tanınmış nümayəndələrindən Ədalət Mazanov 70 yaşında vəfat edib.
Mazanov güləşə yeniyetmə yaşlarından Masallı Uşaq İdman Məktəbində başlayıb. O, müxtəlif yarışlarda rayonunu ən yüngül çəki dərəcəsində təmsil edib və pəhləvanlıq ənənələrinin davam etdirilməsinə töhfə verib.