QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Real” klubu La Liqanın prezidenti Xavyer Tebasla bağlı bannerə görə 3 min avro cərimə ödəyəcək.
Oktyabrın 18-də “Sevilya” ilə qarşılaşmada “Santyaqo Bernabeu” stadionundakı azarkeşlər “Bu futbol deyil, bu, Tebas və Neqreyradır” yazılan plakat açıb. Matç “Real”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bannerdə Tebas və Neqreyra adları “Barselona”nın rəngləri olan göy və qırmızı ilə vurğulanıb. Tərəfdarlar, həmçinin La Liqa prezidentinə qarşı şüarlar səsləndiriblər.
Cərimə plakatın əvvəlcədən icazə alınmadan stadiona gətirilməsi və onun nümayişinin qarşısının alınmaması ilə əlaqədardır.