QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov üç il aradan sonra Xankəndiyə səfər edib. O, 2023-cü ildə “Qarabağ” – MOİK oyununa gedərkən qəza keçirmişdi.

Hadisə Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonundan keçən hissəsində, Xankəndi istiqamətində baş vermişdi. Mikroavtobusda Səmədovla yanaşı, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev və texniki idman direktoru Elgiz Abbasov da olub.

Onlar bu gün gənclər və idman naziri Fərid Qayıbovla birlikdə “Xankəndi” – “Karvan-Yevlax” matçını izləyirlər.