QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, noyabrın 25-i gündüz saatlarından Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yarımadanın ayrı-ayrı yerlərində yağıntı qısamüddətli intensivləşə bilər.

Həmin gün Azərbaycanın rayonlarında da bəzi yerlərdə fasilələrlə yağıntı olacaq. Dağlıq ərazilərə qar yağması, ayrı-ayrı məntəqələrdə isə leysan xarakterli qısamüddətli yağış və şimşək ehtimalı var.

Yağıntılar çaylarda sululuğun artmasına səbəb ola bilər. Bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna edilmir.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar ölkə ərazisində temperatur əvvəlki günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.