QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Etibar Qasımov Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma departamentinin rəhbəri vəzifəsinə gətirilib.

Qasımov daha əvvəl Dövlət Gömrük Komitəsində tenderlər üzrə menecer, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində isə Satınalma departamentinin direktor müavini kimi çalışıb.

Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı əsasında yaradılıb. Qurumun icraçı direktoru Emil Şolandır.