QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda qızılın alış və satış qiyməti əyarına görə dəyişir. Hazırda vətəndaşlar qızıllarını zərgərlərə qramı təxminən 126 manata sata bilirlər.
Paytaxtda çalışan zərgər Aqil İsmayılov bazardakı qiymətlər barədə məlumat verib. Onun bildirdiyinə görə, alıcılar daha çox Türkiyə istehsalı olan 585 əyarlı qızıllara üstünlük verir. Satışa çıxarılan zinət əşyaları arasında da bu məhsullar üstünlük təşkil edir.
İsmayılov qeyd edib ki, 585 əyarlı Türkiyə qızılının bir qramı hazırda 165-167 manata satılır. 750 əyarlı İtaliya qızılının qiyməti 220-240 manat, 918 əyarlı ərəb qızılının isə 260-270 manatdır.