QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda cari ilin ilk 10 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu göstərici ölkə üzrə ümumi qəzaların 41,1 faizinə bərabərdir.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, noyabrın 12-də Xəzər, Qaradağ və Ağsu rayonlarında, günün qaranlıq saatlarında baş verən qəzalarda üç piyada ölüb.
DYP qəzalara gətirib çıxaran səbəblər sırasında məsuliyyətsiz sürücülərlə yanaşı, piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və əsas təhlükəsizlik qaydalarına laqeyd münasibət göstərməsini də qeyd edib.