QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan qadınlardan ibarət milli komandası noyabrın 24-dən dekabrın 5-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Toplanış zamanı yığma Səudiyyə Ərəbistanının qadınlardan ibarət komandası ilə iki beynəlxalq yoldaşlıq matçında üz-üzə gələcək.

İlk qarşılaşma 2 dekabr 2026-cı il saat 15:00-da Bayıl Stadionunda keçiriləcək. Bu oyunda Azərbaycan və Səudiyyə Ərəbistanı komandaları qarşılaşacaq.

İkinci matçın tarixi 5 dekabr 2026-cı ildir.