QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, əməkdar artist Elton Hüseynəliyev yaxın zamanda gənc ifaçılar Səbinə Ərəbli və Zabitə Əliyeva ilə duetlərini təqdim edəcək. O, bu barədə “Qonaqcanlı” verilişində danışıb.
Hüseynəliyev Xalq artisti Flora Kərimova ilə mahnı ifa etməyi ən böyük arzularından biri adlandırıb. Müğənninin sözlərinə görə, Brilliant Dadaşova ilə duet oxumaq da istəkləri arasındadır.
İfaçı daha əvvəl Aygün Kazımova, Natəvan Həbibi və Sevda Yəhyayeva ilə birgə mahnılar səsləndirdiyini və həmin ifaların bu gün də yayımlandığını bildirib.