QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, irlandiyalı peşəkar boksçu Li Rivz döyüş zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində vəfat edib.
31 yaşlı idmançı üç ay süni komada saxlanılıb. O, avqustun 1-də Qari Kalli ilə keçirdiyi qarşılaşmada ağır xəsarət alıb.
Görüşün 10-cu raundunda Rivz iki dəfə nokdauna düşüb və ardınca huşunu itirib. Onu xərəkdə rinqdən çıxarıb xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, boksçunun həyatını xilas etmək mümkün olmayıb.
Li Rivz peşəkar karyerasında 16 qələbə qazanıb, bunların 11-i nokautla başa çatıb. O, iki dəfə də məğlub olub.