QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Portuqaliya millisinin keçmiş oyunçusu Luiş Fiqunun FIFA prezidentliyinə namizədliyi gündəmə gəlib.
Fransanın “Foot Mercato” nəşrinin yazdığına görə, UEFA-nın bəzi rəhbər şəxsləri Fiqunu Canni İnfantinoya qarşı namizəd kimi irəli sürmək variantını müzakirə ediblər. Avropa futbol qurumunun nümayəndələri sabiq futbolçunu namizədliyini açıqlamağa təşviq etsələr də, bu təşəbbüs UEFA daxilində ümumi dəstək qazanmayıb.
54 yaşlı Fiqu 2015-ci ildə də FIFA prezidentliyi uğrunda yarışa qatılmaq istədiyini bildirmiş, lakin seçkiyə səkkiz gün qalmış namizədliyini geri götürmüşdü.
UEFA daha sonra FIFA prezidentliyi uğrunda mübarizədə Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallonu dəstəkləmək qərarına gəlib.