QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, irlandiyalı boksçu və beşqat ölkə çempionu Li Rivz 31 yaşında vəfat edib. O, avqustda rinqdə aldığı ağır zədənin fəsadları səbəbindən həyatını itirib.
Avqustun əvvəlində baş tutan döyüşdə zərbə alan Rivz yerə yıxılıb və bir neçə saniyə tərpənməyib. Ona dərhal tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Boksçu əməliyyat olunub, daha sonra paytaxtdakı klinikadan Limerikdə yerləşən xəstəxanaya köçürülüb. Rivz təxminən üç ay yarım dərmanla yaradılmış komada saxlanılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Peşəkar karyerası ərzində 18 döyüşə çıxan Li Rivz 16 qələbə qazanıb, iki qarşılaşmada isə məğlub olub.