QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 38 milyard 898 milyon 500 min ABŞ dolları olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.
Hesabat müddətində Azərbaycan hüquqi və fiziki şəxsləri 178 ölkənin tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Məhsullar 127 ölkəyə göndərilib, 169 ölkədən isə idxal olunub.
Həmin dövrdə ticarət saldosu 12 milyard 206 milyon 700 min dollar müsbət olub.
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə dövriyyə nominal baxımdan 10,3 faiz yüksəlib, real ifadədə isə 14,7 faiz geriləyib.