QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda əmək pensiyaları bu ayın 13-dən gec olmayaraq ödəniləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bölgələrdə qeydiyyatda olan pensiyaçılara, eləcə də güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərə ödənişlərin ayın 20-dək həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, oktyabr ayı üzrə pensiyalar və güzəştli şərtlərlə təyin edilmiş pensiyalar Naxçıvan Muxtar Respublikasında oktyabrın 7-də, Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın 14-də, ölkənin digər bölgələrində isə həmin gün ödənilmişdi.