QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda 18 yaşlı qız avtomobilin vurması nəticəsində maşının altında qalıb.

Hadisə Qala qəsəbəsində baş verib. Qəsəbə sakini, 2008-ci il təvəllüdlü Zeynəb Laçın qızı Həsənova yolu keçmək istəyərkən avtomobilin zərbəsinə tuş gəlib. Zərbədən sonra o, maşının altına düşüb və avtomobil onun üzərindən keçib.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun bir ayağını amputasiya ediblər. Faktla bağlı araşdırma aparılır.