QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Abşeron rayonunda Hökməli-Qobu-Güzdək avtomobil yolunun 4-cü kilometrində təmir işləri başa çatıb və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, işlər zamanı yol yatağında torpaq işləri aparılıb, səth hamarlanıb və örtük bərpa edilib.
Yolun dayanıqlığını artırmaq və uzun müddət istismarını təmin etmək üçün ərazidə drenaj sistemi yaradılıb. Səth və yağış sularının uzaqlaşdırılması məqsədilə suötürücü borular da quraşdırılıb.
Görülən tədbirlər yolun hərəkət hissəsində suyun toplanması problemini aradan qaldırıb, örtüyün vaxtından əvvəl zədələnməsi ehtimalını azaldıb və nəqliyyat vasitələrinin daha təhlükəsiz hərəkəti üçün şərait yaradıb.