QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, “Sabah” futbol klubunun noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçirəcəyi oyun səbəbindən Milli Həmrəylik küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu dəyişikliklə əlaqədar 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli olmaqla 18 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti yenilənəcək.

Sabunçu yol qovşağına gedən avtobuslar Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov prospekti və Heydər Əliyev prospekti ilə hərəkət edəcəklər. “Koroğlu” NMM-ə doğru isə avtobuslar Heydər Əliyev prospektindən istifadə edəcəklər.