QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Baku TV-nin “Aktual Gündəm” proqramının yeni buraxılışı yayımlanıb.
Buraxılışda “The Economist”in proqnozları və ilk böyük sarsıntının haradan gözlənilə biləcəyi müzakirə olunub. İran müharibəsinin 2027-ci ildə enerji və ərzaq qiymətlərinə mümkün təsiri də gündəmə gətirilib.
Proqramda həmçinin TikTok vasitəsilə çirkli pulların yuyulması, Azərbaycanda hədiyyə alan və göndərən şəxslərin kimliyi barədə danışılıb. Fizika dərsliklərində Günəşin gücünün min dəfə az göstərilməsi ilə bağlı iddialar da müzakirə edilib.
Verilişdə bu və digər mövzularla bağlı suallara aydınlıq gətirilib.