QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistan Konstitusiyasında Türkiyə ilə fikir ayrılığına səbəb olan bəndin çıxarıldığını bildirib.

Kılıç bu barədə “X” sosial şəbəkəsində yazıb. O, Nikol Paşinyanın Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində, eləcə də regionda davamlı sülh və sabitliyin təmin olunmasında konstruktiv və səmimi tərəfdaş olduğunu vurğulayıb.