QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Beşiktaş” qış transfer dövründə sağ cinah mövqeyini gücləndirmək niyyətindədir və Amad Diallonu mümkün transfer namizədləri sırasına əlavə edib.
Kot-d'İvuarlı 24 yaşlı futbolçu İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edir. İstanbul təmsilçisinin sağ cinah oyunçusu Milot Raşiça ilə yolları ayırmağı nəzərdən keçirdiyi bildirilir. Vatslav Çerninin gələcəyi barədə qərar isə klubun alacağı mümkün təkliflərdən asılı olacaq.
Amad Diallonun “Mançester Yunayted”lə müqaviləsi 2030-cu ilin iyun ayının sonunadək qüvvədədir.