QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, 30 il əvvəl lentə alınmış toy kadrları ilə sosial şəbəkələrdə tanınan Bənövşə Məmmədova müsahibə verib. O, “Arzunun vaxtı” proqramında qonaq olub.
Məmmədova ailə qurması və həyat yoldaşı barədə danışarkən bildirib: “26 yaşım var idi. Kasıb bir ailəyə ərə getmişəm. Yoldaşım çox alicənab kişidir. Mən onunla fəxr edirəm”.