QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, müğənni-bəstəkar Elçin Cəfərov yeni romantik balladasını dinləyicilərə təqdim edib.
Sözləri Azər Şirinə, musiqisi isə Elçin Cəfərova məxsus “Yolüstü” mahnısı ekranlaşdırılıb. Klipdə müğənninin tərəf müqabili aktrisa Sevinc Əliyevadır.
İllərdən qalan xatirələr və saf sevgi mövzularını bir araya gətirən mahnının vizual təqdimatı da diqqət çəkib. Ekran işinin rejissoru Xanlar Ağayevdir.
Klipdə Elçin Cəfərov və Sevinc Əliyevanın səmimi səhnələri, həmçinin quruluş verilmiş epizodlar mahnının romantik ovqatını tamamlayır. “Payızın hiti” olmağa namizəd kimi təqdim olunan “Yolüstü” müğənninin rəsmi YouTube kanalında və rəqəmsal platformalarda yayımlanır.